DELEGİYA QANUNVERİCİLİYİ

Parlament tərəfindən Hökumətə verilmiş səlahiyyət əsasında sonuncunun normativ hüquqi aktların qəbul etməsi. Həmin aktlar əslində qanun qüvvəsinə malikdir və Parlamentin öz müstəsna qanunveri103 cilik səlahiyyətlərindən bəzilərinin Hökumətə verilməsidir (güzəşt edilməsidir). Qanunvericilik səlahiyyətin Hökumətə verilməsi barəsində Parlament müvafiq qərar qəbul edə bilər. Qanunvericilik səlahiyyətin güzəştin həm də Parlamentin ümumi göstərişlərdən ibarət qanunlar qəbul etməsində ifadə olunur, lakin həmin qanunlar İcra hakimiyyəti orqanlarının müvafiq qanunvericilik fəaliyyəti nəticəsində tətbiq edilir. D.Q. qaydasında normalar həm Hökumət tərəfindən, həm də onun tabeliyində olan digər İcra hakimiyyəti orqanı tərəfindən qəbul edilə bilər.
DEİDEOLOGİZASİYA
DELEQAT